Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Mədəni" Qərbdə Quranı nə üçün yandırırlar?

"Mədəni" Qərbdə Quranı nə üçün yandırırlar?


Bu, Quran və onun təqdim etdiyi mənəvi-əxlaqi və sosial dəyərlərin ölməzliyi, eləcə də hər mədəniyyət daxilində özünə yer edərək vüsət kəsb etməsi qarşısında psixoloji narahatlıq keçirən təfəkkürün qıcıq reaksiyadır; islam və Quran hər yerdə, o cümlədən Qərbdə əleyhdarlarında psixoloji travmaya səbəb olacaq canlılıq və sirayətetmə gücünə sahibdir.

Bu, islamla, Müsəlman dünyası və mədəniyyəti ilə minillik ədavətin, qarşıdurmanın təbii nəticəsidir; həm islam düşmənçiliyi,həm də mədəni-dini etnosentrizm Qərb insanında islama, Məhəmməd peyğəmbərə, islam dəyərləri və simvollarına (minarə, hicab...) münasibətdə etika və nəzakət qaydalarının üstündən xətt çəkən, nifrət və isterikanın qarışığından ibarət uşaqsayağı axmaqlıq formalaşdırıb; təsəvvür edirsinizmi, Qərb Maarifçiliyinin "sütunlar"ından sayılan Volter Məhəmməd peyğəmbər və islamı hədəf alan kitabında adi etika və nəzakət qaydalarına əməl edə bilməyib! Dünya elminin əsas istiqamətlərindən hesab olunan Avropa şərqşünaslığında və XX əsrin əvvəllərinədək yaşayıb yaratmış nümayəndələrinin əsərlərində elmi metodologiyaya xas "soyuq" təhlil, təmkinli təsvirdən çox emosional mühakimə, nifrət və acıq ifadə edən motivlər çoxluq təşkil edir. Çin, Hind, Afrika mədəniyyətlərini araşdırarkən göstərdikləri obyektivliyin eynisini bu şərqşünaslar İslam mədəniyyəti və dinini öyrənərkən göstərmirlər. Halbuki bəyənmədikləri, fürsət düşdükcə "barbar və qeyri-mədəni" - deyə tövsif etdikləri Müsəlman dünyasında xristianlıq və yəhudiliyi, dəyərlərini təhqir edən ayrıca əsərlərə, ilahiyyatçı müəlliflərə rast gəlinmir...

Quranın yandırılması sosial münasibətlərin tənzimlənməsində mənəvi dəyərlərdən bütünlükdə imtina edib pozitivist hüquqa keçid edən bir qitənin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir. Heç bir mənəvi dəyər ifadə etməyən, insanın həm də mənəvi-əxlaqi varlıq olduğunu hesaba qatmayan "soyuq" Qərb hüququ hörmət, ehtiram, sevgi hissləri , duyğuların təhlili və qiymətləndirilməsi kimi zəruri keyfiyyəti aşılamağı bacarmır; odur ki Qərb insanı quru və praqmatik tipi təmsil edir; bu insan təmənnasız sevə və hörmət edə bilmir, onun sevməsi və hörmət etməsi üçün şəxsi maraq və mənafeyinə xidmət edəcək nə isə olmalıdır; buna görə də özü mənəvi-əxlaqi dəyərlərdən imtina etdiyi kimi başqalarının dəyərlərinə də hörmət etmir, yaxud bu hörmətin nə olduğunu ümumiyyətlə başa düşə bilmir.

Qoy Quranı yandırsınlar; ibnə təfəkkürü və həyat tərzini mənimsəyən, yaxşı qonşu, yaxşı dost, əxlaqlı və sadiq həyat yoldaşı ola bilməyən tiplərdən bundan artığını gözləmək əbəsdir! Onlar Quranın ifadə olunduğu maddi qabığı - kitabı yandırırlar, Quran isə heç kəsin qapısını qırmadan evlərə, könüllərə daxil olur, - Quranın böyüklüyü də elə bundadır! Onlar bu böyüklüyü həzm edə bilmirlər...

Elvusal Məmmədov
Xəbəri paylaş