Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Davos Forumunda Prezident İlham Əliyevin iştirakı və keçirdiyi görüşlər böyük əhəmiyyətə malikdir

Davos Forumunda Prezident İlham Əliyevin iştirakı və keçirdiyi görüşlər böyük əhəmiyyətə malikdir


"Müasir Azərbaycan dövlətçiliyinin gücləndirilməsində və sosial-iqtisadi inkişafında böyük nailiyyətlərə imza atmış Cənab Prezident İlham Əliyev siyasi uzaqgörənliyi və zəngin dünyagörüşü, eləcə də mükəmməl idarəçilik qabiliyyəti sayəsində xarici siyasət kursunu da uğurla davam etdirir. Belə ki, Yanvarın 19-da İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və keçirdiyi görüşlər böyük əhəmiyyətə malik olduğunu, xarici siyasətimizin uğurla davam etdirildiyini təsdiqləyir. Həmçinin Cənab Prezident Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək əlaqələrinin genişlənməsi və möhkəmlənməsi üzrə qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, Dövlətimizin başçısı Forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı çoxaspektli xarici siyasət yürüdən bir çox mühüm məsələlərə toxunmuşdur:

"Orta Dəhlizin üstünlükləri haqqında ətraflı bəhs edərkən cənab Prezident bildirmişdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik Azərbaycan ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışdır. Bu gün faktdır ki, Azərbaycan fəal xarici investisiya siyasəti həyata keçirir. Məlumdur ki, “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Bu da zəruri əməkdaşlıq istiqamətlərini inkişaf etdirmə yol açır".

Deputat bildirib ki, son vaxtlar ölkə başçımızın xarici ölkələrə səfərləri və keçirdiyi uğurlu danışıqlar, o cümlədən əldə olunmuş razılıqlar, habelə imzalanmış sənədlər qarşılıqlı faydalı əməkdaşlığa, bərabərhüquqlu münasibətlərə üstünlük verilən xarici siyasət kursunun günün tələbləri səviyyəsində inkişaf etdiyini bir daha təsdiqlədi:

"Bəli, bu gün Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti artılıcaq və bunun üçün artıq vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Sevindirici haldır ki, təchizatın artan dinamikasını müşahidə edirik. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəf artıracağımız nəzərdə tutulur. Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialın mövcudluğu ölkələrimiz üçün daha geniş imkanlar yaratmaqdadır. Nəqliyyat sahəsi ixracımızın şaxələnməsində böyük əhəmiyyət kəsb edir. Belə ki, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır və tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq".

Komitə sədri qeyd edib ki, xüsusilə də bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlı olduğu danılmazdır. Bu səbəbdən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik:

"Bundan başqa, Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi dərhal müxtəlif istiqamətlər üzrə işlərin görülməsi prosesi başlandı. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsi kimi işlər görüldü.
Biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biri olduğunu bilərək vurğulamaq olar ki, bütün ölkələrin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. Yaşıl enerji ilə bağlı potensial çox böyük olduğu hərkəsə məlumdur. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır.

Cənab Prezident vurğulayıb: “Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistanın Forumda olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib” bu nitqi söyləmək heçdə təsadüfi xarakter daşımırdı. Azərbaycanın təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.
Bir sözlə, son illər ərzində ölkə başçımızın fəaliyyəti nəticəsində Azərbaycan siyasi və iqtisadi cəhətdən xeyli inkişaf etmiş, xarici aləmdə ölkəmizin mövqeləri güclənmişdir. Beynəlxalq siyasi arenada cərəyan edən mürəkkəb prosesləri doğru qiymətləndirən və qlobal çağırışlara adekvat reaksiya verən ölkə başçısının strateji əhəmiyyətli məsələlərdə milli mənafelərə uyğun addımlar atması uğurlu xarici siyasəti Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmuşdur. Dövlət başçımızın bütün xarici səfərlərində respublikamızın mövqeyi birbaşa xarici tərəfdaşlara çatdırılmışdır. Bu, artıq bir reallıqdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi həm daxili, həm də xarici siyasət ölkəmizə beynəlxalq aləmdə böyük rəğbət qazandırmışdır. Dövlət rəhbərimizin uğurlu fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada iqtisadi və texnoloji baxımdan inkişaf edən, öz ölkəsində islahatlar keçirən bir ölkə kimi tanınır.
“Şübhə yoxdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son xarici səfərləri və İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın hərtərəfli inkişafına daha böyük töhfə verməklə yanaşı, ölkəmizin beynəlxalq əlaqələrinin intensiv inkişafına da gücləndirəcəkdir”, -H.Hüseynova əlavə edib".

Anar
Xəbəri paylaş