Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Arutunyan vəziyyəti gərginləşdirməyə çalışacaq -ÖZƏL

Arutunyan vəziyyəti gərginləşdirməyə çalışacaq


"Milli Məclisin deputatı Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xocalıda Qarabağın erməni sakinləri ilə görüşməsi oradakı qeyri-qanuni erməni birləşmələri və onların rəhbəri, separatçı Arayik Arutunyanı ciddi narahat etməyə başlayıb. Elə bu səbəbdən də Arutunyanın yaxın ətrafının Qarabağda vəziyyəti gərginlışdirməyə çalışacağım istisna deyil". Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədrinin sözlərinə görə, artıq Arayik lazımsız biri olduğunun fərqinə varıb:

"Araik Arutunyan gözəl dərk edir ki, indi o nə İrəvan hakimiyyəti, nə Rusiya, nə də sadə ermənilərə lazzımdır. Necə ki, Ruben Vardanyan lazımsız bir fiqur olduğunu dərk edərək Qarabağı tərk etdi, eləcə də tezliklə Araik Arutunyan oxşar addımı atmaq məcburiyyətində qalacaq. Artıq Qarabağın erməni sakinləri anlayırlar ki, Vardanyanların, Arutunyanların mövcudluğu, Qarabağda qeyri-qanuni fəaliyyətlərlə məşğul olması onların işini daha da çətinlışdirir, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinəı reinteqrasiyasına mane olur".

Arzuman Muradlı onu da deyib ki, Vardanyanda fərqli olaraq Arutunyan bu acı reallıqla çətinliklə barışacaq:

"Hətta Azərbaycanla Qarabağın erməni sakinləri arasında növbəti mərhələdə görüşlərin baş tutuması, vəziyyətin gərginləşdirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Onun rəhbərlik etdiyi qeyri-qanuni erməni hərbi birləşmələrinin Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat həyata keçirəcəyi də istisna deyil".

Mehman
Xəbəri paylaş