Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi onun beynəlxalq nüfuzunu artırıb -ÖZƏL

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi onun beynəlxalq nüfuzunu artırıb


“Azərbaycan bir qayda olaraq təmsil olunduğu beynəlxalq təşkilat və qurumlarda öz fəallığı, təşəbbüskarlığı ilə seçilir. Sevindirici haldır ki, ölkəmizin üzv olduğu təşkilatlarda irəli sürdüyü təklif və təşəbbüslər də bir qayda olaraq dəstək qazanır. Çünki həmin təklif və təşəbbüslər təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləm, dünya üçün əhəmiyyətli, keçərli olur”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsinə münasibət bildirərkən səsləndirib. Millət vəkili ölkəmizin belə bir mötəbər tədbirə evsahibliyi etməsini xüsusi vurğulayaraq qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvü kimi onun daha çevik, məhsuldar bir quruma çevrilməsi, fəaliyyətinin efffektivliyininn artırılmasına öz töhfəsini verib:

“On ildən artıqdir ki, Qoşulmama Hərəkatının üzvü olan Azərbaycan demək olar ki, bu qurumun həyatında yeni bir mərhələnin başlanmasına nail olub. Xüsusilə, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə bu qurumun beynəlxalq nüfuzu daha da artıb. Elə bundan irəli gələrək Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi daha bir il uzadılıb”.

Azərbaycanın pandemiya dövründə bu problemin aradan qaldırılması, onun insanlarımıza vurduğu ziyanın minimuma endirilməsi istiqamətində təşəbbüslər irəli sürüb onları reallaşdırdığını deyən İqbal Məmmədov Qoşulmama Hərəkatının sədri kimi Cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammitini buna misal göstərib:

“Məhz həmin sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı”.

Pandemiyadan sorakı bərpa prosesində hansı addımların atılmasının vacib olduğunu müyyən etmək üçün Təmas Qrupunun Zirvə görüşünü xüsusi qeyd edən millət vəkili görüşdə dövlət başçısının həm ölkəmiz, həm də beynəlxalq aləm üçün vacib məsələlərə toxunduğunu diqqətə çatdırıb. İqbal Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin ölkəmizdəki mina problemi, eləcə də BMT-nin səmərəsizliyi barədə fikirləri görüşdə əsas diqqət çəkən məsələlərdən oldu:

“Dövlət başçısı mina problemi barədə danışaraq erməni vanadallıqlarını bir daha beynəlxalq ixtimaiyyətə çatdırmaqla yanaşı, elə beynəlxalq ictimaiyyəti də bir növ bu problemə diqqətsiz qalmaqda haqlı olaraq günahlandırdı. Bu sırada Cənab Prezidentin haqlı olaraq əsas tənqid etdiyi qurum BMT və onun Təhlükəsizlik Şurası idi. Düşünürəm ki, Azərbaycan Prezidentinin geniş və məzmunlu nitqindən, verdiyi mesajlardan bu ali orqan nəticə çıxaracaq”.

Anar
Xəbəri paylaş