
Fevralın 6-da yaşadığımız iki zəlzələnin ardınca 12 min yeraltı təkanların çətin bir dövrünü xalq olaraq yaşayırıq. Zəlzələlər 11 şəhərdə böyük tələfat və böyük dağıntılara səbəb olub. Həyatını itirən 45 mindən çox vətəndaşımızın, yaralanan 115 min insanımızın hər birinin ağrısı ürəyimizdədir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. O bildirib ki, təxminən 14 milyon insanın həyatına bilavasitə təsir edən və onlardan 3,5 milyonunun ölkəmizin başqa bölgələrinə köç etməsinə səbəb olan bu fəlakətin yaralarını sağaltmaq üçün gecə-gündüz çalışırıq.
"Zərərin qiymətləndirilməsi işləri başa çatdıqdan sonra şəhərlərimizdə tikəcəyimiz yeni evlərin sayı bəlli olacaq. Hal-hazırda 214.000 dağıdılmış, təcili olaraq söküləcək və ağır zədələnmiş binalar var".
Mehman











































