"Rəcəb Tayyib Ərdoğan 14 may seçkilərindən qalib ayrılacaq. Çünki indiki situasiyada Ərdoğana qarşı ciddi bir rəqib yoxdur".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Anaıitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, seçkilərlə bağlı müxalifətin formalaşdırmış olduğu "Altılı masa"da yaranan çatlar, İyi Partinin koalisiyanı tərk etməsi Ərdoğanın seçkidə qalib gəlmək şansını daha da artırmış oldu:
"Digər tərəfdən seçkidə müxalifətin namizədi kimi CHP lideri Kamal Kılıçdaroğlunun irəli sürülməsi də Ərdoğanın xeyrinə işləyən gedişatdır. Siyasi arenada indiyə qədər heç bir uğur qazanmayan, partiyaya sədr gələndən bu günə qədər baş tutan bütün seçkilərdən məğlub ayrılan Kılışdaroğlunun bu dəfə də ortaya fərqli bir nəticə qoyacağı inanılmazdır".
Mehman