[center][/center
"Ermənistanın baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğu barədə açıqlaması o qədər də səmimi görünmür. Sadəcə, Paşinyan bununla Ermənistanın vaxt udmasına çalışır".
Newscenter.az xəbər verir ki. bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, Paşinyan özünü üzdə sülh göyərçini kimi göstərsə də, ancaq reallıq tamam fərqlidir:
"Əgər belə olmasaydı Ermənistan rəhbərliyi müntəzəm olaraq Qarabağa hərbi texnika cəmləşdirməzdi. Həmçinin, Ermənistanda revanşizmdən bəhs edilməzdi. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyanın sülh müqaviləsini imzalamağa hazır olması barədə fikirləri əslində blefdir".
Mehman