Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İri supermarket şəbəkələri istehlakçı hüquqlarını pozular -ÖZƏL

İri supermarket şəbəkələri istehlakçı hüquqlarını pozular


İri supermarket şəbəkələri istehlakçı hüquqlarını pozular

"Paytaxtın əksər iri supermarket şəbəkələrində istehlakçı hüquqları kobud şəkildə pozulur*.

Newscenter.az xəbər verir ki, İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında belə qeyd edilir. Mərkəzdən saytımıza daxil olan açıqlamada bildirilir ki, əksər marketlərdə müəyyən mallar alıcıya təklikdə satılmır ki, bu da istehlakçı hüquqlarının kobud surətdə pozulması deməkdir:

"Paytaxtın iri supermarket şəbəkələrində, "Araz", "Bravo" marketlərin də apardığımız monitorinqlər zamanı məlum olub ki, istehlakçı hər hansı bir məhsuldan 1 ədəd almaq istəyəndə alıcıya həmin məhsul tək olaraq satılmayıb. Yalnız məhsulun ikisini aldıqda alış-verişin mümkün olduğu bildirilib. Əsas etibarilə də cilett üztəmizləyici vasitə, çörək bişirmə zamanı istifadə edilən qabardıcı məhsullar bu sıraya aiddir".

Mərkəz hesab edir ki, müvafiq qurumlar sözügedən problemin aradan qaldırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində təcili addımlar atmalıdırlar.

Natiq
Xəbəri paylaş