Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizdə xarici kəşfiyyat orqanlarının agenturası çox güclüdür -ÖZƏL

Ölkəmizdə xarici kəşfiyyat orqanlarının agenturası çox güclüdür


"Proseslərin gedişi göstərir ki, ölkəmizdə xarici kəşfiyyat orqanlarının agenturası çox güclüdür. Bu ölkələr arasında İran və Rusiya ön sıralarda yer alır".

Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, xoşbəxtlikdən bizdə əks kəşfiyyat və DTX yüksək səviyyədə fəaliyyət göstərir:

"Yoxsa halımız heç yaxşı olmazdı".

Anar Salehoğlu deyib ki, mənfur qonşularımız, o, cümlədən Azərbaycanı gözü götürməyən qüvvələr daim ölkəmizdə sabitliyi pozmağa, qarşıdurma və iğtişaşlar yaratmağa çalışırlar:

"Agenturalar da bu istiqamətdə fəaliyyət göstərirlər. Xarici kəşfiyyatlara xidmət edənlər müxtəlif sahələrə nüfuz etməyi çox yaxşı bacarırlar. Buna görə də hər birimiz diqqətli və tədbirli davranmalıyıq!".

Mehman
Xəbəri paylaş