Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt məktəblərində sağlam qidalanma ilə bağlı monitorinqlər aparılır

Paytaxt məktəblərində sağlam qidalanma ilə bağlı monitorinqlər aparılır


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlərin sağlam qidalanması ilə bağlı monitorinqlər keçirilir.

Newscenter.az-a İdarədən bildirilib ki, paytaxtın seçmə üsulla müəyyənləşdirilmiş təhsil müəssisələrində təşkil olunan monitorinqlərin əsas məqsədi məktəblərin ictimai-iaşə sahəsində tövsiyə olunan avadanlıqlarla təchizatının, sanitar-epidemioloji qaydaların və normaların tələblərinə uyğunluğunun araşdırılması, fəaliyyətin optimal təşkili istiqamətində müvafiq tövsiyələrin verilməsi və metodiki köməyin göstərilməsindən ibarətdir.

Monitorinqlər zamanı müvafiq tələblərə riayət edilməsi vəziyyətinin qiymətləndirilməsi aparılıb, mütəmadi olaraq profilaktik tədbirlərin həyata keçirilməsi üçün metodiki göstərişlər verilib və nəzarət tədbirlərinin gücləndirilməsi üçün zəruri addımlar atılıb.

R.Mehdiyeva
Xəbəri paylaş