Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pekin “yaxasını qırağa çəkir”

Pekin “yaxasını qırağa çəkir”


ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, Çinin Belarus vasitəsilə Rusiyaya texnikalar ötürməsi mümkündür. Məlumatda bildirilib ki, Belarus və Çin liderləri arasında imzalanan 16 bəndlik sənədlər paketinin Rusiyaya yardımını Belarus vasitəsilə ötürməyə, beləliklə, Rusiyanın sanksiyalardan yayınmasına şərait yarada bilər: “Nəticədə Moksva Qərbin sanksiyalarından yayına bilər”.

Moskva- Pekin əlaqələrində son vaxtlar inkişaf hiss olunur. Bu, daha çox Ukraynadakı müharibə ilə bağlıdır.

İranın Rusiyaya dəstək imkanları getdikcə azalır. Buna əsas səbəb İran daxilindəki etirazlardır. Rəsmi Tehranın başı artıq daxildəki xaotik duruma qarışıb. Həmçinin müxtəlif kəşfiyyat məlumatlarına görə, İran istehsallı “Şahed” PUA-larının Rusiyaya tədarükündə də azalma var. Bu isə o deməkdir ki, Rusiya özünə alternativ silah tədarükçüsü axtarışındadır. Şübhəsiz ki, belə alternativlərdən birincisi məhz Çindir.

İkinci bir tərəfdən məlumdur ki, Rusiya Prezidenti Vladimir Putin müharibəyə qoşulmaq üçün Belarusa təzyiq edir. Putin ən azından Belarusdan ikinci cəbhənin açılmasını istəyir. Minsk isə mümkün qədər bu təzyiqlərə müqavimət göstərməyə çalışır. Çünki Belarus müharibəyə qoşularsa Qərbin ağır sanksiyalarına məruz qalacaq. Minskin müqavimət imkanları Moskvanın potensialı qədər çox deyil. Belarus Qərbin ehtimal edilən təzyiqlərinə çox tab gətirə bilməyəcək. Lukaşenko bunu başa düşür. Ona görə də savaşa qoşulmaq yayınır.

Bununla yanaşı, Lukaşenko onu da bilir ki, Putinin könlünü xoş etməlidir. Deməli, o, hansısa yolla Moskvaya dəstəyini göstərməlidir. Bu mənada ABŞ –ın Müharibə Araşdırmaları İnstitunun proqnozunu inandırıcı hesab etmək olar.

Başqa bir məqam isə ondan ibarətdir ki, Pekin də Rusiyaya silah verməkdə maraqlı deyil. Bu zaman Çin təzyiqlərə məruz qala bilər. Ona görə də silahların Belarus vasitəsilə Rusiyaya ötürülməsi Çinə də sərf edir.

Beləliklə, yaxın gələcəkdə Çin və Rsuiya arasında təmasların intensivləşməsi, həmçinin Belarusdan Rusiyaya silah ötürülməsi mümkündür.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş