Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pentaqon: "Ukraynaya Rusiya ordusu barədə kəşfiyyat materialları ötürmürük" -ÖZƏL

Pentaqon: "Ukraynaya Rusiya ordusu barədə kəşfiyyat materialları ötürmürük"


"Birləşmiş Ştatların Ukraynaya Rusiya ərazisindəki mümkün hədəflərə hücum etmək barədə kəşfiyyat materilları ötürməsi xəbəri yalandır".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, briqada generalı Patrik Rayder belə bir açıqlama ilə çıxış edib:

"Bizim ukraynalılara Rusiya daxilində müəyyən yerləri hədəfə almaq üçün kəşfiyyat məlumat verməyimiz barədə deyilənlər cəfəngiyyatdır. Biz Rusiya ilə müharibə etmirik və Rusiya ilə müharibənin arxasında da deyilik”.

Qeyd edək ki, ötən gün Ukraynadan bir qrupun Rusiyanın Klimovski şəhərinin Bryansk bölgəsinə silahlı hücum etməsindən sonra Rusiyada müəyyən dairələr bunun Amerika kəşfiyyat məlumatları əsasında baş verdiyini iddia edib.

Mehman
Xəbəri paylaş