Rusiya-Ukrayna müharibəsi Polşanı da müharibə hazırlıqlarına başlamağa məcbur edib. Newscenter.az haber7şcom-a istinadən bildirir ki, bu məqsədlə Polşanın Krakov şəhərində mülki şəxslərin təlimlərinə start verilib.
15-65 yaş arası polşalı mülki şəxslərə təlimlərdə silahdan istifadə etmə, müharibə şəraitində davranış qaydaları, döyüş texnikasına yiyələnmək kimi bilgilər verilir.
Hərbi təlimlərə marağın böyük olduğu, Polşanın hər yerindən təlimlər üçün Krakov şəhərinə minlərlə polşalının gəldiyi bildirilir.
Mehman