Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşü iştirakçıları Bakının mədəniyyət nümunələri ilə tanış olublar

Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşü iştirakçıları Bakının mədəniyyət nümunələri ilə tanış olublar


Martın 2-də Bakıda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində qonaqları müşayət edib.

Newscenter.az xəbər verir ki, qonaqlar ölkəmizin milli mədəniyyət və incəsənət nümunələri ilə ətraflı məlumat əldə ediblər. Belə ki, onlar Azərbaycan Milli İncəsənət Muzeyində “Dünya incəsənəti”, “Azərbaycan incəsənəti minilliklər boyu”, Şairə Xurşudbanu Natavana həsr edilmiş “Tək inci” sərgisi ilə tanış olublar. Azərbaycan Milli Xalça Muzeyi ilə tanışlıq muzeyin ekspozisiyası, Zərgərlik fondu xalçatoxuma üzrə ustad dərslərini izləyiblər.

Sonda isə qonaqlara Beynəlxalq Muğam Mərkəzində Qısa konsert proqramı təqdim olunub.

Mehman
Xəbəri paylaş