Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ucar məktəblərində 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirlər keçirilib -ÖZƏL

Ucar məktəblərində 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirlər keçirilib


5 Mart-Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq paytaxt və regionlardakı məktəblərdə müxtəlif tədbirlər təşkil olunub.

Newscenter.az xəbər verir ki, tədbirlər planına əsasən Ucar rayonunda yerləşən ümumtəhsil müəssisələrində də silsilə tədbirlər keçirilib. Belə ki, Ucar rayon Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbdə şagirdlər arasında səhər gimnastikası, məktəb psixoloqu tərəfindən idman yarışlarında iştirak edən şagirdlərlə İdmançıların yarışa hazırlaşmasının psixoloji hazırlığı, esse müsabiqəsi və müxtəlif idman növlərindən yarışlar keçirilib.

Sonda fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən təltif olunub.




Mehman
Xəbəri paylaş