Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Gənclər Birliyindən TƏKZİB

YAP Gənclər Birliyindən TƏKZİB


Bəzi informasiya resurslarında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə külli miqdarda mənimsəmədə ittiham olunaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Cəbrayıl Fərzəliyevin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü olduğu iddia edilir.

Newscenter.az-ın xəbərinə görə, qurum ildirir ki, YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət üzvləri sırasında Cəbrayıl Fərzəliyev adlı şəxs yoxdur.

"YAP Gənclər Birliyi olaraq saytlara və sosial şəbəkə istifadəçilərinə dəqiqləşdirilməmiş məlumat paylaşmamağı tövsiyə edir, belə halların yolverilməzliyini nəzərə alaraq diqqətli olmağ xahiş edirik".

Mehman
Xəbəri paylaş