Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın təxribatları davam edir

İranın təxribatları davam edir


"Tehranda keçirilən “Nizami Gəncəvi həftəsi”nin açılış mərasimində İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Gəncənin “İran şəhəri”, Nizami Gəncəvinin fars şairi olduğunu iddia etməsi ölkəmizə qarşı növbəti təxribatdır.
Bu yanaşmanın haradan və nədən qaynaqlandığını biz yaxşı bilirik. Ancaq Nasir Kənaniyə bir daha xatırlatmaq lazımdır ki, Gəncə Şəhəri İranda yox Azərbaycanda yerləşir və bu cür təxribatlarla nə tarixi həqiqətləri nə də Azərbaycanın haqq mövqeyini dəyişmək mümkün deyil".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. Millət vəkilinin sözlərinə görə, onu da qeyd etmək lazımdır ki, İranın bütün cəhdlərinə baxmayaraq artıq bütün dünya Nizamini Azərbaycan şairi və böyük din alimi kimi qəbul edib:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq Bakıda X forumunu keçirir. Bu mərkəz artıq dünyanın bir çox tanınmış siyasətçi və şəxsiyyətlərini öz ətrafına toplayıb.
Mərkəzin hər il keçirdiyi forumlarda dünyamızı narahat edən bir çox qlobal məsələlər və onların həlli yolları araşdırılır. Artıq Azərbaycan dünyamızı narahat edən qlobal məsələlərin müzakirə olunduğu mühüm platformaya çevrilib. Bəlkə İranı həm də bu narahat edir?"

Millət vəkili qeyd edib ki, İran hər zaman olduğu kimi bir tərəfdən dostluq və qardaşlıqdan bəhs edir, digər tərəfdən ölkəmizə qarşı təxribatlarını davam etdirir:

"Bu yanaşma artıq dəyişməlidir. Artıq İran tam ifşa olunub. Ona görə bu siyasətin dəyişməsinin zamanı çatıb.
Azərbaycanın nə istədiyi məlumdur, mövqeyi prinsipial və qətiyyətlidir. Biz İranın nə istədiyini də bilirik. Ancaq İran tərəfi də bilməlidir həmin məqsədə və hədəfə nail ola bilməyəcək. Ona görə yanaşmasını dəyişməlidir".

Mehman
Xəbəri paylaş