Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məmmədəliyev, yoxsa Molotov kokteyli

Məmmədəliyev, yoxsa Molotov kokteyli


Tarix irəliyə doğru addımladıqca uzun illər gizli qalan sirrləri açmaqda davam edir. Sovet dövründə ciddi cəhdlə məxfi adı altında qalan sənədlər üzə çıxır və məlum olur ki, bizi o işğal dövründə necə aldadıblar.

Son dövrlərin sənədlərində rast gəldiyim bir cümlə bu araşdırmanı aparmağa vadar elədi. İkinci dünya müharibəsindən sonra Sovetlər Birliyində belə bir söz var idi:

" Sovet ordusu ikinci dünya müharibəsində Mikulinin motorları, Yakovlevin təyyarələri və Məmmədəliyevin aviabenzinləri olmasa idi qələbə qazana bilməzdi"

Yusif Məmmədəliyev şəxsiyyəti barədə çox yazılar vermişəm. Hesab edirəm ki, hələ irəlidə də çox yazılar olacaq. Çünki Yusif müəllim elə bir alim idi ki, onun sayəsində faşizm üzərində qələbə qazanmaq oldu. Onun sayəsində bu gün təyyarələr rahat səmada uça bilirlər. Şəksiz olaraq Nobel almağa real namizəd plan Məmmədəliyevin, azərbaycanlı alimin qarşısını o zaman Sovetlərin rəhbərliyində olan ermənilər, xüsusilə də marşal Baqramyan kəsdi. O Baqramyan ki, Sovetləri qələbədən qələbəyə aparan general Həzi Aslanovu öldürüb.

Sovetlər silah sənayesinə ciddi fikir verməyə başlayan zaman yaxın məsafəli döyüşlər üçün da baha başa gəlməyən, amma böyük ziyan vura biləcək silah istehsal etmək istəyirdilər. O dövrdə Yusif Məmmədəliyevin ilk sırada olduğu kimyaçı alimlərin sayəsində yüksək oktanlı təhlükəsiz yanacaqların bütün növlərinin sintezi üzrə yarımsənaye və onların aviamotorlarda sınaqdan çıxarılması üzrə eksperimentlər aparılıb. O zaman Sovet alimləri bu istiqamətdə araşdırma aparan zaman Yusif Məmmədəliyev çox asan çıxış yolu təklif edir." Şüşə butulkaya parça və ya cır-cındır kimi alışan əşyanın qoyulsun, içi isə benzinlə doldurulsun. Nəticədə benzin butulka qırılan kimi yanğın başlayacaq və ətrafı od bürüyücək". Onun tərkibi Y.Məmmədəliyev tərəfindən toluolun – partlayıcı maddələr üçün xammalın – əldə edilməsi əsasında işlənib-hazırlanmışdı. Bu ideyanı göstərən Məmmədəliyevin təklifi Sovet rəhbərliyi ilkin olaraq qəbul etmir. Lakin.

O zaman Sovetlər Avropada İtaliya və Almaniyada faşist ideyalı şəxslərin hakimiyyətdə olmasından narahat idi və İspaniya da onlara meyl edirdi. Bunun üçün sovetlər Portuqaliyada sürgündə olan general Hose Sanhurxo ilə gizli danışıqlara başlayir. Qiyam edən ispanları idarə edən general Hose sovetlərdən müxtəlif yardımlar və üsyan üçün silahlar istəyirlər. Sovetlər də bu kokteyli onlara göndərir və rus hərbçiləri bunu hazırlamağı onlara öyrədirlər.
Amma plan sovetlərin düşündüyü kimi getmir.

İspaniyafa üsyanın başlanmasından iki gün sonra iyulun 20-də general Hose təyyarə qəzasında həlak oldu. Onu əvəz edən Franko isə bu silahı elə sovetlərə qarşı da istifadə edir. İspaniya Vətəndaş Müharibəsində sağçı millətçi üsyançılar ilk dəfə 1937-ci ildə Respublikaçı hökumətə verilən Sovet tanklarına qarşı benzin bombalarından istifadə etdilər. O zamankı sənədlərdə yazılır ki, Franko tərəfdarları bir həmlədə bu silah vasitəsilə doqquz sovet tankı məhv edə bilib. Tezliklə Respublikaçı Ordusu və onun yanında döyüşən beynəlxalq briqadalar da kokteyldən istifadə etdilər.

Daha sonra isə bu silahın sovetlərə qarşı ikinci istifadəsini və Molotov adının almasına Finlandiya müharibəsi səbəb oldu. 1939-cu ildə Sovet qoşunları Finlandiyaya hücum edəndə xarici işlər naziri Vyaçeslav Molotov döyüş təyyarələrinin ölkəyə havadan ərzaq daşıdığını, bomba atmadığını iddia etdi. Finlər bombalara “Molotovun çörək səbətləri” adını verərək cavab verdilər. Bundan sonra, dövlət içki fabrikləri artıq araq istehsalından fin qoşunlarının sovet zirehlərinə qarşı istifadə etdiyi improvizasiya edilmiş yandırıcı vasitələrin kütləvi istehsalına keçmişdi. Çünki İspaniyada istifadə edilən silah bütün Avropada öyrənilməyə başlanmış idi. “Molotov kokteyli” adı da buradan yarandı və tez bir zamanda bütün dünyaya yayıldı. Sonradan bu silahın

" Fin”, “Çe Gevara”, “Vazovski”, Fransa, SSRİ və Türkiyə “reseptləri” döyüş meydanlarında istifadə edilməyə başlandı. Məmmədəliyev ikinci dünya müharibəsində bu silahın tərkibinə yeni maddə, "kislota" əlavə edəndən sonra almanlara çox ciddi ziyanlar vurulumağa başlandı. Uzun illərdən sonra isə Fransa “Molotov kokteyli”nin istifadəsi zamanı daha çox tüstü və qatı duman yaratmaq üçün tərkibinə penopolistrol qatılıb.

Bütün bu kəşflərə baxmayaraq silahı icad edən Məmmədəliyevin adı heç bir zaman onunla bağlı çəkilmir. Baxmayaraq ki, Sovet rəhbərliyi 1945-ci ilin iyun ayında qələbəyə həsr edilən hərbi paradda alimə yüksək kürsüdə, birbaşa marşalların yanında durmaq təklifi edib və ona böyük hörmət edib.

Zaur Əliyev, dosent
Xəbəri paylaş