Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaq əməyinin istismarının qarşısını necə almaq olar?

Uşaq əməyinin istismarının qarşısını necə almaq olar?


Müasir dünyada qlobal problemlərdən biri də uşaq əməyinin istismarıdır. Bu gün dünyada 5-17 yaş arası 218​ 019 (13.8%) milyon uşaq məşğulluğu var. Bunlardan 123​ 190 milyonunu oğlanlar, (15.0%), 94​ 829 milyonunu isə qızlar təşkil edir(12.4%). Dünyada uşaq məşğulluğunun regional bölgüsü üzrə 1-ci yeri Afrika, 2-ci yeri Asiya və Sakit Okean, 3-cü yeri Amerika, 4-cü yeri Avropa və Orta Asiya, 5-ci yeri isə Ərəb ölkələri tutur.

Newscenter.az-ın xəbərinə görə, ekspert Gülər Mübariz açıqlamasında​ bildirib ki,​ dünyada uşaq əməyinin yarısı Afrikanın payına düşür. Onun sözlərinə görə, BMT-nın uşaq əməyinin istismarının qarşısının alınması ilə bağlı hesabatına görə, məcburi uşaq əməyi Afrikanın bir çox regionunda geniş yayılıb və bu, uşaqları uzaq şəhərlərdə yaşayan qohumlara qəyyumluğa vermə kimi ənənəvi praktikaya əsaslanır:

« Valideynlərinə uşaqlarının təhsil almalarına dair vədlərin verilməsinə baxmayaraq, bir çox çox hallarda oğlanlar və qızlar ev qulluqçuları kimi kənd və balıqçılıq təsərüffatında və ya digər sahələrdə qəddarcasına istismar olunurlar. Amma məcburi uşaq əməyi təkcə Afrika üçün xarakterik deyil. Asiya və Sakit Okeanda isə hər 10 uşaqdan 9-nun əməyi istismar olunur. 2000-ci ildən bu yana dünyada uşaq əməyinin sayı 40 faiz azalsa da, 152 milyon (9.6%) uşaq ​ hələ də məcburi əməyin qurbanıdır. Bunun 73 milyonu (4.6) təhlükəli işlərə cəlb edilmələrdir»​

Azərbaycanda uşaq əməyinin istismarı vəziyyətinə gəldikdə isə, Gülər Mübariz bildirib ki,​ dünyada olduğu kimi, uşaqların erkən yaşda məcburi əməyin qurbanına çevrilməsi problemi Azərbaycandan da, yan ötməyib. Dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə müqayisədə bu problem ölkəmizdə kütləvi xarakter daşımasa da, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorunun ötən il üzrə illik hesabatı Azərbaycanda uşaqların məcburi əməyin qurbanına çevrilməsinin potensial təhlükə olaraq qaldığını göstərir:

« Hətta bununla bağlı Sosial Tədqiqatlar Mərkəzi bir təhlil də yayımlanmışdı.​ Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş tədbirlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 500-50 uşaq müəyyən olunub. Övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Keçirilən monitorinqlər nəticələrinə görə, baxımsız qalmış 80-nə yaxın​ yetkinlik yaşına çatmayana və onların valideynlərinə ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilib, həmçinin övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 140-dan yuxarı uşağın hər biri sosial yardımlarla əhatə olunub».

Ekspert bildirib ki, ölkəmizlə bağlı təkcə yerli dövlət və özəl təşkilatlar araşdırmalar aparıb nəticələrini elan etmirlər. Eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar da belə araşdırmaları yayımlayırlar.

Gülər Mübariizin sözlərinə görə, hələ​ ​ “Save the Children” təşkilatının​ 2018-ci il reytinqində də 175 ölkə arasında 841 xalla 89-cu yeri tutan Azərbaycanda 2012-2017 illərdə 5 yaşınadək uşaqlarda böyümənin ləngiməsi halları 18 faiz, məktəb yaşında uşaqlar arasında təhsildən yayınanlar 4,6 faiz, uşaq əməyi göstəricisi isə 6,5 faiz olub. Münaqişələr səbəbindən daimi yaşayış yerlərini tərk etməyə məcbur olan uşaqlara dair bölümdə Azərbaycanın göstəricisi 6.4 faiz təşkil edib. Uşaqların vəziyyəti ilə bağlı dünya üzrə durum keçən ilə nisbətən yaxşılaşsa da, irəliləyişin sürətinin istənilən səviyyədə olmadığı vurğulanıb. Son bir neçə ildə bu istiqamətdə həm ölkəmizin birici xanımı və Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu rəqəmlərdə müsbətə doğru addımlar atılmaqdadır».​

Ekspert onu da vurğulayıb ki, bu gün Azərbaycanda elə valideynlər vardır ki, onların kifayət qədər imkanlarının olmasına baxmayaraq, onlar övladlarının məcburi əməyə yönəlmələrini görməzdən gəlirlər. Onlar öz uşaqlarına sahib çıxıb onları qorumaq yerinə özlərinin aqressiv davranışları ilə uşaqlarına örnək olmaqdan uzaqdırlar.

Arzu Abdulova
Xəbəri paylaş