
Bakıda Ermənistan bayrağının rəngləri əks olunmuş məktəb ləvazimatları satılır.
Bu barədə Newscenter.az-a bunun canlı şahidi olan paytaxt sakini məlumat verib. Bildirib ki, belə hallara daha çox Bakının Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən məktəb ləvazimatları dükanlarında rast gəlinir.
"Masazırda məktəb ləvazimatları satılan dükanların əksəriyyətində üzərində Ermənistan bayrağının rənglərinin əksini tapmış karandaş yonanlar satılır. Hesab edirəm ki, bu təsadüfi deyil və uşaqlara planlı şəkildə Ermənistan sevgisini aşılamağa yönəlmiş addımdır".

Mehman Mehdiyev