
"Xankəndində terror törətmək istəyən erməni qabaqcadan bu aktı hazırlayıb. Onun terroru törətməkdə məqsədi və əlaqələri üzə çıxacaq. Orada beş-on erməni qalıb. Göründüyü kimi, bizə qarşı içimizdə yaşayaraq düşmənçiliklərini davam etdirirlər".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, orada yaşayan digər ermənilər də tam nəzarətə götürülməlidir:
"Bu, bir daha sübut edir ki, Zəngəzur dəhlizində onlarla bizim təmasımız olmamalıdır. Bu terror aktının qarşısını aldığı üçün Polis əməkdaşlarına təşəkkür edirəm.
Qeyd edim ki, prezident İlham Əliyev Xankəndində səfərdədir. Bir sıra açılaşlar edib".
Süleyman