
Rusiya Ukrayna müharibəsini sonlandırmaq üçün NATO ilə müharibədə maraqlı ola bilər.
Məsələ ondadır ki, indiki durumda Rusiyanın Ukrayna ilə hansısa şərtlərlə razılaşmaq ehtimalları sıfıra bərabərdir, Avropa da buna imkan vermir. Ukrayna da torpaqlarının itirilməsi ilə razılaşa bilməz. Bu durumda Rusiyanın daha böyük oynaması lazımdır. Yəni Rusiya NATO ilə razılaşmalıdır
Ssenari budur ki, Rusiya NATO ilə qısa müddətli hərbi qarşıdurmaya girir və sonda Rusiya və NATO arasında hansısa müqavilə imzalanır. Müqaviləyə də Ukrayna ilə əlaqəli bənd salınır ki, Rusiya Ukraynada müharibəni dayandırır. Burda Ukrayna oyundan kənar vəziyyətdə qalır.
Rusiya işğal etdiyi torpaqları özündə saxlayır.
Əslində müharibənin gələn ilin əvvəlində bitəcəyi mesajları da buna hesablanmış ola bilər. Rusiya mümkün qədər də torpaq əldə etsin.
Hesab edirəm ki, bu, Rusiyanın və ABŞ-ın gizli planıdır. Nəticədə Rusiya da, ABŞ da istəyinə çatır. Amma Avropa nə fikirləşir? Avropa təbii ki, Rusiya təhlükəsini ciddi qəbul edir. Rusiyanın hərbi təcavüzü olarsa, buna ciddi şəkildə cavab verəcək. Amma Trampa da Avropaya bir-iki raketin düşməsi lazımdır ki, Avropa ABŞ-dan bərk yapışsın. Avropanın isə bu plana qarşı qoymaq imkanı yoxdur. Nəticədə Tramp araya girib yenə də müharibəni bitirsin və qəhrəman olsun.
Azər Qasımov, siyasi şərhçi