Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ermənistan üçün əla bazardır

Azərbaycan Ermənistan üçün əla bazardır


Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, “ermənilər Azərbaycan benzinini daha ucuz ala biləcəklər və iki ölkə arasında vahid əmtəə bazarı yaranacaq”.

Amma o erməni siyasətki bilir ki, məsələ benzinlə bitmir. İqtisadi əlaqələrin qurulması daha çox Ermənistanın xeyrinə olacaq.

Azərbaycanın əsas ixracı neft və qazdan ibarətdir ki bunu da istəyənlər kifayət qədərdir. Yəni biz neft və qazı Ermənistansız da sata bilirik.

Ermənistan isə tamamilə başqa vəziyyətdədir. Bu ölkə qeyri-neft istehsalını fantastik artıırıb. Ötən il bunu 53 faiz artıraraq 13 milyard dollara çatdırıb, qızıl ixracını 3 dəfədən çox artıraraq 5,6 milyard dollara qaldırıb. Gümüş ixracı 12 dəfə, zərgərlik məmulatlarının ixracı 80 faiz artıb. Hətta telefon və elektron avadanlıqlar istehsal edib ixrac etməyə başlayıblar, bu sahədə artım 25 faiz olub və 672 milyon dollarlıq məhsul ixrac ediblər. Bu məhsulların hamısı Azərbaycan bazarına daxil ola biləcək məhsullardır.

Kənd təsərrüfatında da Ermənistan ixracını genişləndirib: meyvə-tərəvəzdə 9 faiz artım, kartof, qurudulmuş meyvə və şərab ixracında da ciddi yüksəldib.

Başqa sözlə, Azərbaycan Ermənistan üçün əla bazardır.

Hazırda Azərbaycanın bazarlarında Mərkəzi Asiya respublikalarının məhsulları sürətlə artır. Özbəkistandan elektrik avadanlıqları, qızdırıcılar və digər məhsullar artıq geniş şəkildə satılır. Bu fakt göstərir ki, Azərbaycan böyük ölçüdə idxaldan asılı ölkə kimi istehsal gücü olan hər bir ölkə üçün cazibədar bazardır. Ermənistanın Azərbaycan bazarına çıxışı isə onun üçün böyük qazanclara çevrilə bilər.

Nəticədə Ermənistanda sürətlənən istehsal sahələri Azərbaycan hesabına daha da inkişaf edəcəkdir.
Yəqin ermənilər düşünürlər ki, sülh müqaviləsindən 5-10 il sonra Azərbaycandan nefti alıb, Aİ95 istehsal edib, onların özlərinə sata bilərik. Ya da düşünürlər ki, Azərbaycandan çoxsaylı dəmir, aliminium və digər faydalı resursları idxal edib, sonra ondan düzəltdiklərimizi yenidən özlərinə satacağıq. Bəlkə, artıq Özbəkistana bizi qısqanırlar ki, niyə biz Azərbaycanla birbaşa sərhəddə olduğumuz halda Azərbaycan əhalisi Özbəkistanın istehsal etdiyi su qızdırıcılarını alır?
Deməli, Simonyan düşündüklərinin çoxunu hələ dilinə gətirməyib.

Eldəniz Əmirov, iqtisadçı
Xəbəri paylaş