Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda müxtəlif təyinatlı obyektdə yanğın olub, 4 nəfər xilas edilib

Bakıda müxtəlif təyinatlı obyektdə yanğın olub, 4 nəfər xilas edilib


Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 440 m² olan ikimərtəbəli, müxtəlif təyinatlı obyektin mansardasında 30 m² sahədə əşyalar yanıb.

Bu barədə Newscenter.az-a FHN-dən bildirilib.

Yanğın zamanı yağınsöndürənlər və xilasedicilər tərəfindən 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mehman Mehdiyev
Xəbəri paylaş