
"1918-ci ilin 15 sentyabrı Azərbaycan tarixinin ən şanlı günlərindən biridir. Həmin gün Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti qəhrəman oğullarının birgə mübarizəsi nəticəsində Bakı daşnak-bolşevik işğalından azad edildi. Bu hadisə yalnız şəhərin deyil, bütün xalqımızın azadlıq və müstəqillik yolundakı taleyüklü dönüş nöqtəsi oldu".
Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. Bildirib ki, 0 gün qardaşlıq, fədakarlıq və qəhrəmanlığın simvoluna çevrildi:
"Bakının xilası uğrunda canından keçən şəhidlərin ruhu qarşısında baş əyir, onların mübarizə irsini daim yad edirik. 107 il sonra da həmin zəfər xalqımızın yaddaşında qürur, iftixar və minnətdarlıq hissləri ilə yaşayır. Bu tarixi gün bizə bir daha göstərir ki, birlik və qardaşlıq hər zaman ən böyük gücdür. Bu güc sayəsində xalqımız öz istiqlalını qoruyub saxlamış, gələcək nəsillərə azad və müstəqil vətən bəxş etmişdir.
Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü münasibətilə bütün xalqımızı təbrik edir, qəhrəman şəhidlərimizi ehtiramla anırıq".
Süleyman