
Bu gündən ödənişli yolların qüsurlu hissələrindən istifadə pulsuz olacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, sentyabrın 15-də respublika əhəmiyyətli avtomobil yollarının ödənişli olması qaydalarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, əgər yolun hərəkət təhlükəsizliyinə təsir edən və təmirə ehtiyacı olan hissəsi varsa, təmir işləri tam başa çatana qədər həmin hissə üçün ödəniş alınmayacaq.
Ödənişli yol hissəsinin ümumi uzunluğu 100 kilometrdirsə və onun 5 kilometri təmir tələb edirsə, sürücülər yoldakı qüsurlar aradan qaldırılana qədər yalnız 95 kilometr yolun pulunu ödəyəcəklər.
Yeni qayda respublika və beynəlxalq əhəmiyyətli bütün ödənişli yollara şamil edilir.
Anar Əliyev