Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yenı tədris ilindən gözləntilər nədir?

Yenı tədris ilindən gözləntilər nədir?


Bu gündən yeni tədris ilinə start verildi. Rəsmi rəqəmlərə əsasən, keçən il uğurlarla yadda qalan tədris ilindən bu il də gözləntilər böyükdür. Bəs görəsən təhsil ictimaiyyəti, bu sahəyə birbaşa bağlı olan insanlar nə düşünür? Yeni tərdis ili yeni dövr üçün necə olacaq və nə vəd edir?

Məsələ ilə bağlı fikirlərini Newscenter.az-la bölüşən “Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva deyib ki, yeni tədris ili bir çox baxımdan yeniliklər, imkanlar və çağırışlarla dolu ola bilər. Onun sözlərinə görə, müasir həyatımızda rəqəmsallaşma və texnologiyanın rolunun artması ilə onlayn dərslərin dəstəklənməsi üçün yeni platformalar və resurslar təqdim oluna bilər:

“Eyni zamanda elektron tədris vasitələrinin istifadəsi genişlənir ki, bura da təhsil portalları, interaktiv dərsliklər və s. daxildir. Hesab edirəm ki, yeni tədris ilində bu istiqamətdə də yeniliklərin şahidi ola bilərik. Süni intellektin təhsildə tətbiqi artmaqdadır ki, yeni tədris ilində bunu daha qabarıq şəkildə müşahidə etməyimizin mümkündür”.
İctimai birlik rəsmisi hesab edir ki, yeni tədris ilində STEM və STEAM sahələrinə (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) daha çox diqqət yetiriləcək:

“İqlim dəyişikliyi, rəqəmsal savadlılıq və vətəndaşlıq kimi mövzular kurikuluma daxil edilib ki, bu da mühü yeniliklərdən biridir və təqdir edilməlidir. Bununla yanaşı ciddi diqqət edilməli məsələlər də var. Məsələn, məktəblərdə psixoloji dəstək xidmətləri daha da gücləndirilməlidir. Şagirdlərin motivasiyasını artırmaq üçün yeni metodikalar tətbiq edilməlidir. Xüsusilə məktəblərdə sanitar-gigiyenik tədbirlərə xüsusi diqqət yetirilməli, bu istiqamətdə işlər sistemli şəkildə davam etməlidir”.

Anar Əliyev
Xəbəri paylaş