Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Atəşkəsin pozulması halları müharibə riskini artırırmı? -ÖZƏL

Atəşkəsin pozulması halları müharibə riskini artırırmı?


Azərbaycan və Ermənistan şərti sərhəd boyunca zaman-zaman gərginlik yaşanmaqdadır. Müntəzəm olaraq mövqelərimizin atəşə tutulması, müşahidə edilən təxribatlar belə biur qənaət yaradıb ki, Ermənistan yeni bir müharibəyə başlamaq niyyətindədir. Bəs, görəsən atəşkəsin intensiv pozulması yenidən hərbi əməliyyatları mümkün edərmi?

Politoloq Samir Hümbətov Newscenter.az-a verdiyi açıqlamada bu məsələyə aydın gətirib. O bildirib ki, atəşkəsin müntəzəm olaraq pozulması sülh danışıqları prosesinə ciddi təsir göstərən amillərdən olsa da, lakin bunun aktiv hərbi əməliyyatlara gətirib çıxaracağı o qədər də mümkün deyil. Samir Hümbətov deyir ki, atəşkəsin tez-tez pozulması sülh danışıqlarına əngəl olmağa hesablansa da, lakin ümumilikdə bu kimi hallar danışıqları pozmaq gücündə deyil:

“İndiki məqamda artıq əsas ana xəttin, yəni danışıqların davam etdirilməsinin, mövcud qorunub saxlanılması hər iki tərəf üçün məqbul sayıla bilər. Ancaq bütün halda atəşkəsin pozulmasının yenidən müharibə riski yaradacağını düşünmürəm”.

Politoloq deyib ki, bütün halda atəşkəsin pozulması hallarının qarşısı alınmalıdır.

Anar Əliyev
Xəbəri paylaş