Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Faxrəddin Altun: "Heç bir sosial media platformasının dezinformasiya mərkəzinə çevrilməsini istəmirik" -ÖZƏL

Faxrəddin Altun: "Heç bir sosial media platformasının dezinformasiya mərkəzinə çevrilməsini istəmirik"


"Bu gün Avropa İttifaqına üzv ölkələrin rəsmiləri kimi heç bir sosial media platformasının dezinformasiya mərkəzinə çevrilməsini istəmirik. Lakin tərəfsiz kimi görünən, ancaq Türkiyədə siyasətə partizancasına müdaxilə etməyə çalışan sosial media şirkətlərinə, eləcə də Türkiyədə rəqəmsal kommunikasiya platformalarını tənzimləmək cəhdlərimizə mane olmağa çalışan Qərb dövlətlərinə qarşı biz bu mübarizəni aparmalıyıq".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun twitter hesabında yazıb.

F.Altun daha sonra "avropalı dostlarımız bilməlidirlər ki, cəmiyyəti qütbləşdirən hər cür dağıdıcı fəaliyyəti, xüsusilə dezinformasiyanı, qadağa və qəyyumluq düşüncəsinə qarşı mübarizəni özümüzə əsas vəzifə kimi görürük", deyə vurğulayıb.

Fəxrəddin Altun qeyd edib ki, bu sahədəki təcrübəmizi qərbli dostlarımızla bölüşməkdən çox məmnun olarıq.

Anar TAGİYEV
Xəbəri paylaş