Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbiçilərlə bağlı absurd tələblər qanunvericilikdə hələ də qalmaqdadır

Hərbiçilərlə bağlı absurd tələblər qanunvericilikdə hələ də qalmaqdadır


"20 ilini orduya həsr edərək ehtiyata buraxılan hərbçilərin icra hakimiyyətlərində ev növbəsində dayanması üçün müvafiq qanun hərbçinin bu rayonda 5 il qeydiyyatda olmasını tələb edir. Ancaq hərbçi xidmət etdiyi hərbi hissədə eytiyyatda olur, onun xidmət dövründə öz rayonunda qeydiyyatda olması mümkünsüzdür. Belə absurd tələblər qanunvericilikdə hələ də qalmaqdadır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O deyib ki, nəticədə hər bir ehtiyata buraxılan hərbçi ev nöbəsi üçün əvvəlcə icra hakimiyyətindən imtina cavabı alır, sonra vəkil tapır və aylarla məhkəmələrdə sürünür:

“Müsbət qərar alandan sonra növbəyə dayanmaq hüququnu əldə edir”.

Anar Əliyev
Xəbəri paylaş