Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın 1975-ci il xəritəsini gündəmə gətirməsi onlara Qazax və Gədəbəyə ərazi iddia etmələrinə şərait yaradır -ÖZƏL

Paşinyanın 1975-ci il xəritəsini gündəmə gətirməsi onlara Qazax və Gədəbəyə ərazi iddia etmələrinə şərait yaradır


"Üç tərəfli bəyanatın müddəalarını yerinə yetirməklə hökmlü olan Ermənistan rəhbərliyi məlum prosesi uzatmaq və üzərinə götürdüyü öhdəliklərdən yayınmaq üçün müxtəlif variantlara əl atır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində vacib nüanslardan biri sərhədlərin delimitasiya və demarkasiyası prosesidir. Lakin İrəvan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi səbəbindən proses ətrafında müsbət addımlar atılmır".

Bu fikirləri Newscenter.az-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, qarşı tərəf mövcud prosesi başlatmaq üçün 1975-ci il xəritələrinə əsaslanmağı təklif edir:

"Ancaq heç kimə sirr deyil ki, SSR rəhbərliyi 1923-cü ildə Zəngəzuru Ermənistana verməklə mərhələli şəkildə bu prosesin əsasını qoydu və növbəti dəfə 1936-cı ildə Dərələyəz və Göyçə mahalı Ermənistana verildi. Daha sonra isə Ermənistan ərazisində otlaq sahələrinin azlığı əsas gətirilərək 70-ci illərin əvvəllərində Ceyrançöl ərazisinin bir hissəsinin onlara verilməsi istənsə də, bu proses etirazlar səbəbindən baş tutmadı. Nəticə etibarilə ötən əsrdə SSR rəhbərliyi Azərbaycana məxsus 21 min kvadrat kilometr ərazini ermənilərə verdi".

Pərviz Mirizadə deyir ki, indiki məqamda Paşinyanın bu xəritələri gündəmə gətirməsi onlara Qazax və Gədəbəy rayonlarına da ərazi iddia etmələrinə şərait yaradır:

"Digər tərəfdən İrəvan rəhbərliyinin təklif etdiyi "güzgü effekti, qoşunları geriçəkmə" tamamilə onların lehinə hesablanmış bir fikirdir. Çünki Ermənistan tərəfi işğal dönəmində bu ərazilərdə kifayət qədər möhkəmlənə bilib və ərazini militaristləşdirib".

Anar Əliyev
Xəbəri paylaş