Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehranın anlamsız və məntiqsiz ittihamı -ÖZƏL

Tehranın anlamsız və məntiqsiz ittihamı


“İran adlanan ölkənin azərbaycanlı gəncə, tələbəyə belə bir ittiham irəli sürməsi absurddur. Digər tərəfdən hadisənin üzərindən bir müddət keçəndən sonra Azərbaycana qarşı ittiham irəli sürməz anlanmsız və məntiqsizlir”.

Bu fikirləri Newscenter.az-a Bütöv Azərbaycan Ocaqlarının (BAO) sədr müavini Faiq Qəzənfəroğlu səsləndirib. Onun sözlərinə görə, İran region ölkələri, xüsusilə də Azərbaycanla gərginlik yaratmaq istəmirsə, o halda bu kimi qeyri-insani addım və davranışlardan kənar dayanmalıdır:

“Çünki İranın əlində hansısa bir tutarlı fakt yoxdur”.

Faiq Qəzənfəroğlu hesab edir ki, indiki halda ortada heç bir dəlil-sübut, fakt olmadan qondarma ittihamlarla azərbaycanlı gənci həbs etməklə Tehran Bakı ilə münasibətlərini gərginləşdirməklə daha çox özünə zərər verəcək:

“Ona görə də hesab edirəm ki, Tehran atdığı bu kimi addımları barədə bir daha düşünməlidir. Əks təqdirdə yenə də zərər çəkən tərəf Tehran olacaq”.

Anar TAGİYEV
Xəbəri paylaş