Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvanın süni maneələri heç bir nəticə verməyəcək -ÖZƏL

İrəvanın süni maneələri heç bir nəticə verməyəcək


İrəvanın qeyri-səmimi münasibəti, üzdə özünü sülh tərəfdarı, reallıqda isə aqressor olduğu açıq şəlkildə müşahidə edilir. Moskvada keçirilən danışıqlar prosesi, eləcə də Moldovada baş tutan beştərəfli görüşdən dərhal sonra şərti sərhəd boyunca təxribatılara əl atan, müntəzəm olaraq atəşkəsi pozan Ermənistanın bununla sülh müqaviləsinə əngəl olduğu, bu prosesi pozmağa çalışdığı göz önündədir. Paralel olaraq Ermənistan sülh müqaviləsi ilə bağlı konkret heç bir addım atmayaraq 1975-ci il xəritəsi məsələsini ciddi şəkildə qabardaraq indiyə qədər əldə edilən razılaşmaların üzərindən xətt çəkmək istəyir. Bəs, görəsən Ermənistan bu məqsədinə çata biləcəkmi?

Newscenter.az-ın xəbərinə görə, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, İrəvanın bəhanələri, süni maneələri heç bir nəticə verməyəcək. Çünki delimitasiya prosesi yalnız bir tərəfin istəkləri əsasında aparıla bilməz:

"Odur ki, Ermənistan delimitasiya prosesində 1975-ci il xəritələrinə istinad edilməsini istəsə də, Azərbaycan tərəfi isə haqlı olaraq bütün hüquqi əhəmiyyətə malik sənədlərin, xəritələrin nəzərdən keçirilməsini tələb edir. Və bu prosesdə diktə etmək haqqı olan tərəf də yalnız Azərbaycandır".

Anar TAGİYEV
Xəbəri paylaş