Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan heç bir halda Honkonq modelinə razı olmaz -ÖZƏL

Azərbaycan heç bir halda Honkonq modelinə razı olmaz


Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, ümumən danışıqlar prosesinə əngəl olmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Moldova danışıqlarından sonra 1975-ci il xəritəsi məsələsini ortaya atan Ermənistan, indi də Honkonq modelindən dəm vurur. Maraqlısı odur ki, bu istiqamətdə müzakirələr Rusiyanın iri media qurumlarında da gedir. Belə anlaşılır ki, Honkonq modeli oyunu Moskva və İrəvanın birgə oyunudur. Bəs, görəsən Honkonq modeli özündə nəyi ehtiva edir və bu modelin tətbiqi Azərbaycan üçün hansı zərərlər vura bilər?

BAXCP sədrinin müşaviri. politoloq Azər Qasımov Newscenter.az-a verdiyi açıqlamada bildirib ki, Honkonq modelinin mahiyyətinə tarixə nəzər salsaq aydın olar. Onun sözlərinə görə, Honkonq uzun illər Böyük Britaniyanın reallıqda müstəmləkəsi olub:

"Honkonq 1841-ci ildə ingilislər tərəfindən işğal edildi. Yalnız 1997-ci ildə ingilislər ada üzərində Çinin suverenliyini bərpa etməsinə razılıq verdilər. Ancaq Londonla Pekin arasında əldə edilən razılığa əsasən, 2047-ci ilə kimi Honkonq xüsusi idarəetmə ərazisi kimi qalmaqda davam edəcək. Çin adanın daxili işlərinə müdaxilə etməyəcək. "Bir ölkə, iki sistem" kursu çərçivəsində Çin yalnız Honkonqun müdafiə və xarici siyasət məsələlərini həll edəcək. Buna paralel olaraq, Honkonq qanunvericilik (parlament), polis gücləri, milli pulu, vergilər, immiqrasiya siyasəti sahəsində müstəqilliyini qoruyub saxlaya bilib. Bundan əlavə, Honkonq beynəlxalq təşkilatlarda öz nümayəndəliklərini saxlayır, BMT səviyyəsində keçirilən bütün tədbirlərdə müstəqil dövlət (xüsusi idarəetmə ərazisi statusu çərçivəsində) kimi iştirak edir".

Azər Qasımov hesab edir ki, Ermənistan buna oxşar model nəzərdə tutur:

"Əvvəla Azərbaycan heç bir durumda buna razı olmaz. Azərbaycan əslində bu məsələni heç kimlə müzakirə etməyi qəbul etmir, çünki Qarabağ Azərbaycanın ərazisidir. Ermənistan çox şey istəyə bilər. Vaxtı ilə Azərbaycan Qarabağa dünyada mövcud olan ən yüksək status təklif edib. Amma qatar gedib. İndi Azərbaycan heç nə təklif etmir. Qısa və konkret deyir ki, Qarabağ Azərbaycanın ərazisidir və bu məsələni kimlərləsə müzakirə etmirik. Ermənilərə heç bir status verilməyəcək".

Anar Əliyev
Xəbəri paylaş