Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan səfiri etimadnaməsini Keniya Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Keniya Prezidentinə təqdim edib


Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev etimadnaməsini Keniya Respublikasının Prezidenti cənab Uilyam Rutoya təqdim edib.

Bu barədə Newscenter.az-a səfirlikdən məlumat verilib.

Bildirilib ki, Prezident Uilyam Ruto səfiri salamladıqdan sonra ona yeni fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib.

Öz növbəsində səfir Sultan Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin Keniya Prezidentinə və xalqına salamlarının və xoş arzularını çatdırıb və ölkələr arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Azərbaycanın Nayrobidə səfirliyinin açılmasının əlamətdar hadisə olduğunu söyləyən səfir, gələn 2024-cü ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi olduğunu qeyd edib.

Görüşün sonunda səfir S. Hacıyev Prezident Uilyam Rutoya xoş və səmimi qəbula görə təşəkkür edib və onun salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılacağını bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş