center][/center]
Artıq həftələrdir ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan və Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələri tərəfindən atəşə məruz qalır, şərti sərhəd boyunca erməni təxribatı törədilir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, prosesə nəzarət etmək missiyası daşıyan Rusiya sülhməramlı kontingenti isə erməni təxribatlarının qarşısının alınması üçün heç bir addım atmır.
Baş verənlərlə bağlı Newscenter-az-a açıqlama verən politoloq Arzuman Muradlı deyib ki, əslində sülhməramlılardan müsbət nəsə gözləmək də sadəlövhlükdür:
"Çünki Qarabağdakı erməni separatçılarının himayə edən məhz Rusiya sülhməramlı kontingentidir. Azərbaycanın əlində bununla bağlı kifayət qədər faktlar, videogörüntülər var. Dəfələrlə sülhməramlıların müşayəti altında Ermənistandan Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrinə hərbi texnika, silah-sursat daşınmasına dair video görüntülər paylaşılıb. Lakin Rusiya sülhməramlılarə bu kimi qeyri-qanuni əməllərindən əl çəkməyiblər. Hətta onların əsas qərargahı hesab edilən Xocalıda erməni separatçılarının təlimlər keçməsinə də sülhməramlılar tərəfindən şərait yaradılıb".
Arzuman Muradlı hesab edir ki, bütün bunları nəzərə alaraq sülhməramlıların bağlı olduğu Rusiya Müdafiə Nazirliyi qarşısında ciddi şəkildə məsələ qaldırılmalıdır ki, sülhməramlılar öz missiyalarından kənar fəaliyyətlə məşğul olmasınlar. Buna birdəfəlik son qoyulmalıdır".
Anar Əliyev