Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Departamenti: “Birbaşa dialoq Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün açardır”

Dövlət Departamenti: “Birbaşa dialoq Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün açardır”


“Biz əvvəlki kimi inanırıq ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır (Cənubi Qafqazda - red)”.

Newscenter-az- “Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ilə bağlı sualı cavablandırarkən deyib.

Dövlət Departamentinin sözçüsü görüşün cədvəli və ya mümkün tarixi ilə bağlı hər hansı məlumatı təsdiqləməkdən imtina edib.

“Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə səy göstərdikləri üçün biz Vaşinqtonda növbəti danışıqlar raundunu səbirsizliklə gözləyirik. Biz əvvəlki kimi inanırıq ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır”.

Qeyd edək ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər.
Xəbəri paylaş