Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan danışıqlar prosesinə mane olmaq üçün hər bir modelə istinad edəcək -ÖZƏL

Ermənistan danışıqlar prosesinə mane olmaq üçün hər bir modelə istinad edəcək


"Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamamaq üçün istənilən metoddan istifadə edəcək, istənilən modelə istinad edəcək".
Bu fikirlər Newscenter-az-a "Xəbər Mərkəzi" Analitik Qrupdan daxil olub. Analitik Qrupdan bildirilib ki, Honkonq modelinə istinad etmək də məhz bundan irəli gəlir:

"Ermənistan çox yaxşı bilir ki, Azərbaycan qəti şəkildə Honkonq modelini qəbul etməyəcək. Sadəcə bu kimi mənasız və qəbul edilməsi mümkün olmayan modellər və həll variantları ortaya atmaqla danışıqlar prosesinə ciddi şəkildə əngəl olur".
Analitik Qrupdan bildirilib ki, Ermənistan üçün yeganə həll variantı Azərbaycanla sülh müqaviləsi imzalamaqdır:

"Ermənistan nə qədər gec deyil bu istiqamətdə çalışsın".

Anar Əliyev
Xəbəri paylaş