Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hakan Fidanla Antoni Blinken Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Hakan Fidanla Antoni Blinken Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib


Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefonla danışığı olub, Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib.

Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, Antoni Blinken onu yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar təbrik edib.

Məlumata görə, tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması, modernləşdirilməsi və Ukraynanın taxıl sazişinə dair məsələləri müzakirə ediblər.

Eyni zamanda H.Fidan və A.Blinken iki ölkə arasındakı ortaq gündəlik məsələləri müzakirə etmək üçün ən qısa zamanda yenidən görüşmək istəklərini vurğulayıblar.
Xəbəri paylaş