Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nova Kaxovka bəndinin ruslar tərəfindən vurulması insanlığa qarşı böyük cinayət kimi tarixə düşəcək -ÖZƏL

Nova Kaxovka bəndinin ruslar tərəfindən vurulması insanlığa qarşı böyük cinayət kimi tarixə düşəcək


Rusiyanın Ukraynada apardığı müharibənin şiddətinin artması çoxsaylı insan tələfatı ilə yanaşı bu ölkənin strateji obyektlərinin dağıdılması, onların raket zərbələri ilə vurulub ekoloji terrora yol açılması ilə nəticələnir. Bu günlərdə Ukraynadakı Nova Kaxovka bəndinin ruslar tərəfindən dağıdılması da məhz bu qəbildəndir. Rusiyanın atmış olduğu bu addım beynəlxalq səviyyədə ciddi etirazla qarşılanıb.

Avrasiya İqtisadi Əlaqələr Dənəyinin (EkoAvrasiya) İdarə Heyətinin sədri Hikmət Eren Newscenter.az-a verdiyi açıqlamada bildirib ki, Ukraynada Nova Kaxovka bəndinin ruslar tərəfindən vurulması insanlığa qarşı böyük cinayət kimi tarixə düşəcək. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə sözügedən hadisə nəticəsində ekosistemə dəyən ziyanı daha aydın görünəcək:

"Ərazi min illərin yaşayış məskənidir və təəssüf ki, indi yox olub. Bu günə qədər yüz minlərlə insan ərazidən köçüb, minlərlə heyvan məhv olub. Kənd təsərrüfatı torpaqları məhv edilib, ərzaq böhranı baş qaldırmaqdadır. Eyni zamanda, bənd funksional hala düşüb və elektrik enerjisi istehsalı dayanıb".

Hikmət Eren bənddən gələn suyun atom stansiyası üçün soyuducu rolu oynadığını vurğulayıb və qeyd edib ki, bəndin dağıdılmasından sonra stansiyanın soyudulmasının mümkünsüzlüyü nüvə fəlakəti riskini artırıb.

Anar Əliyev
Xəbəri paylaş