Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda artan gərginlik məhz rusların bölgədə yürütdüyü çirkin planların tərkib hissəsidir -ÖZƏL

Qarabağda artan gərginlik məhz rusların bölgədə yürütdüyü çirkin planların tərkib hissəsidir


"Ermənistanın şərti sərhəd boyu və separatçı rejimlə birgə ölkəmizə qarşı hər gün davam edən təxribatları artıq bir ənənəyə çevrilib. Hər zaman demişik ki, bütün bunların arxasında Rusiyanın bölgədəki maraqları və bu maraqlardan qaynaqlanan çirkin siyasəti durur".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib O bildirib ki, Rusiya sülhməramlı qüvvələri Qarabağa gəldiyi gündən 10 noyabr sazişini ilk olaraq özü pozmağa başladı və imza atdığı bu sazişə qarant dura bilmədi:

"Bəyanatın 4-cü maddəsi, hansıki qeyri qanuni silahlıların ölkəmizin ərazisini tərk etməsi ilə bağlı idi, qəti olaraq yerinə yetirilmədi. Əksinə Rusiya sülhməramlı qüvvələrinin himayesi və təşkilatçılığı ilə bölgəyə qeyri qanuni olaraq və qeyri qanuni yollarla separatçı rejim silah sursatla silahlandırıldı. Sülhməramlı qüvvələrin separatçılara hərbi təlim keçməklə münaqişənin davam etməsini təmin etdilər. Bu vəziyyət bu gün də davam edir. Qarabağda artan gərginlik məhz rusların bölgədə yürütdüyü çirkin planların tərkib hissəsidir. Konkret olaraq Rusiyanın Qarabağda sülhməramlı adı altında yerləşdirdiyi qüvvələr orada sülhməramlı missiyanın yerinə hər tərəfi rus bayrağı ilə bəzəyərək öz ölkələrinin ərazisində olduğu kimi fəaliyyət göstərməklə məşğuldurlar".

Anar Əliyev
Xəbəri paylaş