Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhməramlıların 5 ilinin bitməsini gözləmək lazım deyil -ÖZƏL

Sülhməramlıların 5 ilinin bitməsini  gözləmək lazım deyil


Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin gözü qarşısında demək olar ki, hər gün ermənilər tərəfindən atəşkəsin pozulması, şərti sərhəd boyunca törədilən təxribatlar haqlı olaraq sülhməramlılara qarşı ciddi reaksiya yaradıb. Cəmiyyətin mütləq əksəriyyəti üzərilərinə düşən missiyanı yerinə yetirə bilməyən Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsini istəyir.

Elə siyasi ekspert Çingiz Şahbazi də hesab edir ki, sülhməramlıların 5 ilinin bitməsini qəti şəkildə gözləmək lazım deyil. Newscenter.az-a verdiyi açıqlamada ekspert deyib ki, indidən ölkənin bütün siyasi partiyaları və təşkilatları rus sülhməramlı qüvvələrinin ölkəmizin hüdudlarını tərk etməsini tələb kimi qoymalıdırlar:

"Əks təqdirdə sərhəd boyu və Qarabağın ermənilər yaşayan ərazilərində sabitlik əldə etmək mümkün olmayacaq. Bu da doğrudur ki, rusların bölgə ilə bağlı yürütdüyü bu çirkin siyasəti Ermənistanda dəstəkləyən qüvvələr çoxdur. Onların indiki bu arzuları da eynilə birinci arzuları kimi məhv olub gedəcək. Bunu Ermənistanda başa düşənlər də az deyil və paralel olaraq Rusiyanın təbliğatı və şirin vədləri nəticəsində munaqişəni davam etdirməkdə maraqlı qüvvələr də öz ampllasında iş başındadırlar. Rusiya isə sülhməramlı kontingentinin başa çatmaqda olan "xidmət" vaxtını uzatmaq üçün hələ çox siyasi və hərbi oyunbazlıqlarını, Qarabağda davam etdirəcək kimi görünür".

Anar Əliyev
Xəbəri paylaş