"30 il əvvəl bugünkü tarixdə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbini nəzərə alıb Bakıya qayıtmaqla Azərbaycanı parçalanmadan, məhv olmaqdan xilas etdi. Əgər həmin vaxt Ulu Öndər Naxçıvandan Bakıya qayıtmasaydı bu gün Azərbaycanın varlığından danışmaq mümkünsüz olardı".
Bu fikirləri Newscenter-az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, həmin ərəfədə Azərbaycanda vətəndaş qarşıdurmasına rəvac verən, ölkəmizi parçalamaq missiyasını qarşıya məqsəd qoyan xarici güclər və onların daxildəki havadarları Heydər Əliyev faktorunu nəzərə almamış, Ulu Öndərin Naxçıvandan Bakıya gələrək siyasi proseslərə müdaxilə edəcəyi, qardaş qırğınının qarşısını ala biləcəyini düşünməmişdilər:
"Zənn edirdilər ki, Heydər Əliyev o yaşda artıq siyasi proseslərdən uzaq dayanacaq, Bakıya qayıtmayacaq. Nəticədə Azərbaycanı parçalamaq istəyənlərlərin planları reallaşacaq. Ancaq bütün ömrünü, həyatını xalqa və dövlətə qurban verən Heydər Əliyev bu dəfə də Azərbaycanı bəladan xilas etdi".
Anar Əliyev