Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun onlayn görüşü olub

Azərbaycan və Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun onlayn görüşü olub


Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Estoniya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupu ilə onlayn görüşü keçirilib.

Newscenter.az xəbər verir ki, onlayn görüşdə Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova çıxış edərək iştirakçıları salamlayıb, Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələrin inkişafına önəm verməsindən danışıb. O, bu əlaqələrin dərinləşməsində deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Sonra Estoniya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupu rəhbəri Riina Solman Azərbaycan parlamenti ilə münasibətlərin irəli aparılmasında və əməkdaşlığın dərinləşməsində maraqlıdırlar.

Görüşdə parlamentlərarası əlaqələrimizin mövcud durumu, inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Videokonfransda görüşdə Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Musa Quliyev, Musa Qasımlı, Ülviyyə Həmzəyeva, Arzu Nağıyev, Azər Kərimli, estoniyalı parlamentarilər və digər rəsmi şəxslər iştirak ediblər.

Ruhiyyə
Xəbəri paylaş