Hazırda istənilən səviyyədə olmasa da, davam edən Ermənistan-Azərbaycan müzakirələrində əsas fikir mübadiləsi kommunikasiyaların bərpası istiqamətindədir. Hər nə qədər İrəvan Zəngəzur dəhlizinin açılması məsələsini yaxına buraxmağa meyilli görünməsə də, ancaq sözügedən dəhlizin açılacağı şübhəsizdir. Çünki Zəngəzur dəhlizinin açılmasında təkcə Azərbaycan yox, eləcə də regionda marağı olan dövlətlər də maraqlıdır. Elə hərbi ekspert Ədalət Verdiyev də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Ədalət Verdiyev deyib ki, Ermənistan qısa müddətdə Zəngəzur dəhlizini açmağa məhkumdur. Çünki mövcud dalan vəziyyətindən çıxması üçün başqa yolu yoxdur:
"Bu dəhlizin açılması hamıdan çox İrəvana lazımdır. Hər bir ağlı başında olan insan yaxşı başa düşür ki, kommunikasiyalar açılmasa, Ermənistan nə iqtisadiyyatını inkişaf etdirə, nə də bəxtsiz hayların rifahını yaxşılaşdıra bilər. Əks halda Ermənistan çox pis ilə dəhşətli ssenarilər arasında seçim etməli olacaq. Ermənistan hökuməti də bunu anlayır, amma tək istədikləri bu dəhlizə nəzarəti ruslara verməməkdən ibarətdir".
Anar Əliyev