"Nə qədər ki, sülh danışıqları Qərbin iştirakı ilə davam edir, istər sərhəddə, istərsə də Qarabağda atəşkəs olmayacaq. Rusiya buna imkan verməyəcək".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, sülhməramlı adı ilə Azərbaycana yerləşən rus ordusundan nəsə tələb etməyin əhəmiyyəti yoxdur:
"Rus ordusunun hansı işi danışıqla həll edilir ki, burada da həll edilə".
Azər Qasımov hesab edir ki, Azərbaycan ruslarla ancaq ultimatum dilində danışmalıdır:
"Hansı tədbiri görməyi məsləhət bilirsə, əvvəl də olduğu kimi onu etməlidir. Rusiyanın hansısa sülhməramlı addımlarına inanmaq olmaz. Son addım antiterror əməliyyatlarının keçirilməsidir".
Anar Əliyev