Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyuna sayılı günlər qalır. 30 il əvvəl ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya siyasi hakimiyyətə qayıtması nəticəsində Azərbaycan məhv olmaq, parçalanmaqdan xilas oldu, qurtuldu.
Newscenter.az-ın xəbərinə görə, həmin tarixə nəzər salan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səavuş Qasımov deyir ki, 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Onun sözlərinə görə, Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi:
“15 İyun - Milli Qurtuluş Günü həm də Azərbaycan xalqı və Azərbaycan Respublikas üçün ölüm-dirim mübarizəsinin tarixidir. Vətənini, xalqını sevənlər üçün 15 iyun əsl qurtuluş tarixidir. 15 İyun-Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin haqlı olduğunu bir daha sübut etdi”.
Anar Əliyev