Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğanın Bakı səfərində nələr müzakirə ediləcək? -ÖZƏL

Ərdoğanın Bakı səfərində nələr müzakirə ediləcək?


"Türkiyə Cumhuriyyəti rəhbəri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçildikdən sonra ilk xarici səfərini ölkəmizə edir. Ənənə halını almış bu addım Azərbaycan-Türkiyə münasibətlətinin, qardaşlığının nümayişi kimi qiymətləndirilməlidir".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Türkiyə artıq beynəlxaq müstəvidə oyun qurucu güc kimi qəbul edilir və varlıq göstərdiyi regionlarda öz təsir imkanlarını artırır:

"Bu reallıqlarla yola çıxdıqda səfərin əhəmiyyəti göz önündə canlanır. Hesab edirəm ki, səfər çərçivəsində liderlər regional prosesləri, Azərbaycan-Ermənistan danışıqları, Türk Dövlətləri Təşkilatının gələcək vizyonu və enerji məsələləri kimi vacib məqamları müzakirə edəcəklər. Türkiyə gələcəyin iqtisadi layihələrindən biri kimi qəbul edilən Orta Dəhlizin inkişaf etdirilməsində və Trans Xəzər xəttinin potensialının artırılmasında maraqlıdır ki, özünü həm enerji mərkəzi kimi, həmdə tranzit ölkə kimi formalaşdırsın. Digər tərəfdən Ankaranın əsas hədəflərindən biri də, Orta Asiyada zəifləyən Rusiya təsirləri fonunda Çinin regionu ələ keçirməsinin qarşısını almaqdır. Bunun üçün ilk öncə Cənubi Qafqaz regionunda möhkəm dayaqlar qurmaq Türkiyə üçün vacib nüansdır".

Anar Əliyev
Xəbəri paylaş