Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Azərbaycana zəmanət verməlidir -ÖZƏL

İran Azərbaycana zəmanət verməlidir


İran Azərbaycanla münasibətləri yenidən normallaşdırmaq üçün davamlı cəhdlər göstərir. Son bir neçə ay ərzində Tehrandan Bakıya edilən zənglərdə İranın bu istəyi açıq-aşkar ifadə edilir. Tehran İrandakı Azərbaycan səfirliyinin açılması, əlaqələrin normallaşdırmasında maraqlı olduğunu bildirir. Elə bu günlərdə İran xarici işlər nazirinin azərbaycanlı həmkarın telefon zəngində də başlıca məqsəd bu idi və İran XİN rəhbəri ölkəsinin məlum mövqeyini azərbaycanlı həmkarın Ceyhun Bayramovun diqqətinə çatdırıb.

İranın Azərbaycanla diplomatik münasibətləri normallaşdırmaq təşəbbüsünə münasibət bildirən “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Newscenter.az-a Tehran Bakı ilə əlaqələrin bərpası və əməkdaşlığın inkişaf etdirilməsini, xüsusilə də səfirliyimizin İranda yenidən fəaliyyətə başlamasını istəyirsə, ilk növbədə Azərbaycana zəmanət verməlidir:

“İran zəmanət verməlidir ki, bundan sonra Azərbaycanın bu ölkədəki səfirliyi və orada çalışan diplomatlarımız ən yüksək səviyyədə qorunacaq, səfirliyimizin fəaliyyətinə heç bir müdaxilə edilməyəcək. Eyni zamanda Tehran Azərbaycan səfirliyinə terror hücumu həyata keçirən şəxsin ən layiqli şəkildə cəzalandırılmasını təmin etməlidir”.
İctimai Birlik sədri onu da deyib ki, İran həmçinin, bundan sonra Azərbaycanın daxili işlərinə qarışmayacağı, Güneydəki soydaşlarımıza qarşı həyata keçirdiyi diskriminasiya siyasətinə son qoyacağına təmin verməlidir”.

Arzuman Muradlı hesab edir ki, yalnız bu halda İranla münasibətləri normallaşdırmaq, bu ölkədə səfirliyimizin fəaliyyətini bərpa etmək olar.

Anar Əliyev
Xəbəri paylaş