Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Azərbaycan birliyi və gücü regionun gələcək taleyini həll etmək iqtidarındadır -ÖZƏL

Türkiyə-Azərbaycan birliyi və gücü regionun gələcək taleyini həll etmək iqtidarındadır


"Növbəti yüz illik üçün Türkiyənin qarşısında yeni hədəflər və çağırışlar dayanır. Bunlar sırasında enerji məsələsi, iqtisadi və sosial inkişaf, sənayenin daha da güclənməsi, ideoloji istiqamətdə Türk Dünyası ideyasının yeni hədəflərə doğru irəliləməsi dayanır".

Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, əvvəlki hədəflərin dəf edilməsində necə ki, Türkiyə Azərbaycanla çiyin-çiyinə irəliləyib, növbəti mərhələdə də Türkiyə Azərbaycanla strateji tərəfdaş kimi irəliləyəcək:

"Düşünürəm ki, bütün bu məsələlərin əsasının qoyulması məhz bu səfərdən başlayacaq. İndi Türkiyə-Azərbaycan birliyi və gücü regionun gələcək taleyini həll etmək iqtidarındadır".

Anar Əliyev
Xəbəri paylaş